Neft qiymətləri tarixdə ən pis rübdən sonra azalır

10:50 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Çərşənbə günü neftin etalon markalarının qiyməti zəif dəyişir və I rübü rekord həddə enişlə başa vurur.

Martın 31-də London ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin fyuçersləri $0,02 (0,09%)  düşərək bir barelə $22,74 təşkil edib.

Saat 9:45-da iyun üçün Brent-in fyuçers qiyməti $0,52 (1,97%) düşərək bir barelə $25,83 təşkil edib.

31 mart tarixində Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə görə, may fyuçersində neftin qiyməti $0,39 (1,9%) artaraq bir barelə $20,48 təşkil edib.

Saat 9:45-da may ayı üçün WTI fyuçersi  $0,03 (0,15%) azalaraq bir barelə $20,45 təşkil edib.

 

Bütün xəbərlər