Azərbaycan, aqrar layihələrin idarə olunması sahəsində elektron satınalmalar sistemini tətbiq edəcək

05.01.2018,17:25


5 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət  Agentliyi elektron satınalma (e-procurement) sistemini tətbiq etməyə hazırlaşır.

Agentliyin məlumatında deyildiyi kimi, bu məqsədlə Agentlik, xüsusilə,  Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə əməkdaşlıq etməklə dünyada bu sahədə mövcud sistemləri araşdırır.

“Elektron sistemin tətbiqi nəticəsində mərkəzləşdirilmiş satınalma prosesi təmin ediləcək. Bu, müvafiq xərcləri azaltmağa, satınalma prosesini sürətləndirməyə imkan verməklə yanaşı, bir pəncərə prinsipinin tətbiqi sayəsində şəffaflığın artırılmasına şərait yaradacaq. Elektron satınalmaların pilot olaraq, Dövlət Agentliyinin idarə etdiyi beynəlxalq layihələrdə həyata keçiriləcəyi gözlənilir”, - məlumatda belə deyilir.

 

 

Açar sözlər: KOİCA