330x110
 

Milli Məclisin Sədrinə yeni köməkçi təyin edilib

01.04.2020,12:00


1 aprel, Fineko/abc.az. Milli Məclisin Aparatında kadr islahatları davam etdirilir.

ABC.AZ “Report” – a istinadən xəbər verir ki, Aqşin Hümmətov Milli Məclis Sədrinin köməkçisi vəzifəsinə təyin edilib.

A.Hümmətov bu təyinata qədər "Yeni Azərbaycan" qəzetində çalışıb.

Qeyd edək ki, Milli Məclisin Sədrinin əvvəlki köməkçisi Füzuli Abbasov parlamentin Analitik informasiya şöbəsinə baş məsləhətçi təyin olunub.