Xəzər İbrahim: BTQ dəmir yolu xəttinin daşıma həcmi artırılıb

12:20 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Koronovirus epidemiyası ilə əlaqədar Bakı-Tbilisi-Qars dəmir yolunun daşınma həcmi artırılıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Real tv-yə açıqlamasında qeyd edib.

Səfir bildirib ki, bəlkə də  infeksiya BTQ-nin daha fəal işləməsinə təsir edib. X.İbrahim bildirib ki, hazırda Qarsda və Gürcüstanla Türkiyə sərhəddində olan stansiyada daşıma həcminin artırılması istiqamətində işlər görülür: "Hazırda Türkiyədən Azərbaycana 2 blok qatar yola düşüb.  Bilirsiz ki, müəyyən TIR-lar var ki, Orta Asiyaya gedirdilər, onlar hazırda birbaşa gedə bilmir. Onların da BTQ qatarı vasitəsi ilə göndərilməsi nəzərdə tutulur. Belə bir planlar var. Yəni bu virus ortadan qaldırılandan sonra virusun  görəcəyik ki, BTQ-nin gücü və daşıma həcmi heç də aşağı düşməyib".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər