Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib

12:30 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki aprelin 1-dən saat 07:00-dan 20:00-dək olmaqla dəyişdirilib. Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalıb.

Bu barədə ABC.AZ-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunur ki, həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənir. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədilə eskpres xətlər üzrə ehtiyyat avtobusların buraxılması nəzərədə tutulub.

 

Bütün xəbərlər