330x100
 

Bu gün "Apple"-in yaranma tarixidir - Şirkətin dəyəri 700 milyard dollardır

01.04.2020,13:07


1 aprel, Fineko/abc.az.  Bu gün “Apple” şirkətinin yaranması günüdür.

ABC.AZ xəbər verir ki, şirkət 1976-cı il aprelin 1-də Stiv Cobs (Steve Jobs), Steve Vozniak və Ronald Vayne tərəfindən qurulub. 1976-cı ildə qurulmasına baxmayaraq “Apple” 1977-ci il yanvarın 3-də şirkət statusu alıb.  S. Cobs 1978-ci ildə “Apple”in “Lisa” layihəsi üzərində çalışmağa başlayıb, lakin komanda ilə arasında anlaşılmazlıq yaşanır. S. Cobs bu hadisədən sonra 1982-ci ildə Jef Raskinin aşağı büdcəli layihəsi olan “Macintosh” üzərində işləyir.

“Apple” 1984-cü ildə “Macintoshu”u bazara çıxarıb və 1,5 milyon büdcəsi olan məşhur “1984” televiziya reklamı ilə tanıtımı olub. Bu hadisə “Apple”in uğurunun açarı kimi tarixə düşür. 1983-cü ildə isə “Apple”in CEO-su olan Con Sculley ilə S. Cobs arasında rəhbərlik mübarizəsi başlayır. Vəziyyət elə gətirib ki, Cobs “Apple”dan ayrılır və "Next İnc.”i qurur.  1997-ci ildə “Apple” onlayn marketi tanıdır.  1998-ci ildə isə bazara İMAC kompüter çıxarılır. İMAC cəmi 5 ay içərisində təxminən 800.000 ədəd satılır. 2007-ci ildən artıq “Apple” mobil telefonlar istehsal etməyə başlayır. İlk “iPhone” və ilk “Apple TV”-nin fraqmanı edilir. Növbəti günlərdə isə “Apple”in səhmlərinin qiyməti 100 dolları aşır.

Artıq 2008-ci ildə “Apple” dünyanın 3-cü ən böyük mobil cihaz istehsal edən şirkəti olub.

2010-ci ildə “Apple” geniş ekranlı planşet olan İPAD-i tanıtdı.

2010-cu ildə səhm sənədləri 300 dolları keçdi və bununla da bugünə qədərki ən yüksək dəyərinə sahib oldu.

Hazırda “Apple” şirkətinin dəyəri 700 milyard dollları aşaraq, dünyanın bir çox ölkəsinin büdcəsini geridə qoyub.

 

Müəllif: Elmir Murad

Açar sözlər: Apple