330x110
 

Bu sahələr vergidən azad olundu - Siyahı

01.04.2020,14:26


1 aprel, Fineko/abc.az.  İqtisadiyyat nazirliyi koronavirus pandemiyasının təsirin azaldılması biznesə dəstək tədbirlərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tədbirlər arasında mühüm hissə vergi güzəştlərinə aiddir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı:

• Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi.

• Müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar.

• Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar.

• İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi.

Müəllif: Elmir Murad