Azərbaycan Respublikası Dövlət Neft Fondu 2017-ci ildə valyuta hərraclarında 3608,42 milyon dollar satıb

17:41 - 5.01.2018


5 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını təmin edir.

Dövlət Neft Fondu xəbər verir ki, 2017-ci ilin dekabr ayı ərzində 584,8 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Beləliklə, 2017-ci il ərzində Neft Fondu valyuta hərraclarında  3608,42 milyon dollar məbləğində valyuta satıb.

2017-ci ildən etibarən Fondun vəsaitləri valyuta bazarında həmçinin dolayısı ilə, yəni,  maliyyə sabitliyinin təmin edilməsi üçün ARDNF-nun büdcəsindən Mərkəzi Banka transfert çərçivəsində də iştirak edir.

 

 

Bütün xəbərlər