Bakıda bu müəssisələrin dövriyyəsi çoxalıb - 2 ayın nəticəsi

15:19 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 faiz artaraq 144,4 milyon manat olub.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 80,2 milyon manat təşkil edib.

 

Bütün xəbərlər