Mərkəzi Bank daha bir hərrac keçirib

16:21 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Aprelin 1-də Bakı Fond Birjasında Mərkəzi Bankının (AMB) 50101279S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ABC.AZ Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 99,4416  AZN (7.22%) və 99,4773 AZN (6.76%) olan 4 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37.701.500,00 AZN olub.

Mərkəzi Bankın qərarına əsasən notların kəsmə qiyməti 99,4416 AZN (7.22%), orta ölçülmüş qiyməti 99,4651 AZN (6.91%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 37.701.500,00 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi aprelin 29-u tarixinə qədərdir.

 

Bütün xəbərlər