Neft Fondu Şahdəniz yatağından 100 milyon dollar qazanıb - 3 ayda

17:41 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Neft Fondu 2020-ci ilin 3 ayında “Şahdəniz” qazının satışından 100 milyon dollar gəlir əldə edib.

Bu barədə məlumatı ABC.AZ-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildiriblər. Məlumatda qeyd olunub ki, sözügedən məbləğin əldə edilməsi bu ilin yanvar-mart aylarını əhatə edir.

Qeyd edək ki, 2007-ci ildən bu il aprelin 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qazın satışından əldə etdiyi gəlirlər 2 milyard 834 milyon dollar olub.

 

Bütün xəbərlər