330x110
 

“PAŞA Həyat Sığorta” bu göstəriciyə görə geriləyib - Hesabat

02.04.2020,11:03


2 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “PAŞA Həyat Sığorta” ötən ilin maliyyə hesabatını açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, illik müqayisədə “PAŞA Həyat Sığorta”nın topladığı sığorta haqları 264 milyon 989 min manatdan 211 milyon 880 min manata geriləyib. Sığorta ödənişləri  isə 71 milyon 45 min manatdan 99 milyon 505 min manata yüksəlib.

Sığorta haqqından ehtiyata yönəldilən hissənin azalması Şirkətin cəmi gəlirlərinin artmasını təmin edib.

“PAŞA Həyat Sığorta”nın 2018-ci ildə investisiya gəlirləri 19 milyon 258 min manat ikən, 2019-cu ildə 24 milyon 963 min manat təşkil edib.

Müəllif: Elmir Murad