330x110
 

İki ayda Azexport.az portalına 102,9 milyon dolları dəyərində ixrac sifarişləri daxil olub

02.04.2020,11:29


2 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral aylarında Azexport.az portalına 102,9  milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. 2019-cu ilin fevral ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 60,8 milyon dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 12,8 faiz artıb.

ABC.AZ  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Qeyd olunur ki, bu ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, toyuq yumurtası, sarımsaq, kartof, tütün, toyuq əti, şərab, qənnadı məhsulu, çay, nar konsentratı və şərabı, mebel dəsti, tikinti materialı, fındıq ləpəsi, kosmetik vasitə, alma, soğan, boya, göbələk  və s. mallara daxil olub.