Azərkosmos yanvar-fevral aylarında 8,4 milyon dollar xidmət ixrac edib

11:30 - 2.04.2020


2 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə 8,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.

ABC.AZ  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumat verilib ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

 “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

 

Bütün xəbərlər