Qeyri-neft sektoruna aid ən çox ixrac etdiyimiz malların siyahısı - Pambıq birincidir

11:52 - 2.04.2020


2 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (29,2 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 27,3 milyon dollar) ikinci və pomidor (24,7 milyon dollar) üçüncü olub.

ABC.AZ  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, ümumiyyətlə, 2020-ci ilin 2 ayı ərzində meyvə-tərəvəz ixracı 75,6 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 29,9  milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,5 milyon, pambıq lifi ixracı 30,4 milyon,  kimya sənayesi məhsullarının ixracı 13,9 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 8,3 milyon, pambıq ipliyi ixracı 6,3 milyon, şəkər ixracı  2,1 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,9 milyon dollar təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər