Jurnalistlər Bakı, Sumqayıt və Abşeronda sərbəst hərəkət edə bilər - Rəsmi açıqlama

12:29 - 2.04.2020


2 aprel, Fineko/abc.az. Jurnalistlər və hər bir şəxs küçəyə çıxarkən üzərində xidməti vəsiqə və ya iş yerindən arayış olmalıdır.

ABC.AZ xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Əziz Baqişev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqindı bildirib.

O deyib ki, jurnalistin vəsiqəsi olmadığı təqdirdə arayış verməlidir.  "Əgər vəsiqə varsa, arayışa ehtiyac yoxdur” deyə DİN rəsmisi əlavə edib.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə jurnalistlərin fəaliyyətinə məhdudiyyətin olmadığını qeyd edib:  "Jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidir. Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər