Binəqədi nəqliyyat mübadilə mərkəzi yanvarın 13-dən etibarən istismara veriləcək

10:33 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) yeni Binəqədi nəqliyyat mübadilə mərkəzinin yaradılması üzrə işləri yekunlaşdırır.

BNA-dən xəbər verildiyi kimi,  metronun “Dərnəgül” stansiyasının yaxınlığında yerləşən yeni nəqliyyat mübadilə mərkəzi yanvarın 13-də istismara veriləcək.

Mübadilə mərkəzinin ərazisində  12 marşrut üzrə hərəkət edən 112 avtobusun xidmətinin təşkili planlaşdırılır, həmçinin taksi dayanacaqları quraşdırılmışdır. Mübadilə mərkəzinin istismara verilməsindən sonra, “Azadlıq prospekti” metro stansiyasına qədər hərəkət edən şəhərətrafı marşrutların sonuncu dayanacağı  yeni Binəqədi nəqliyyat mübadilə mərkəzi olacaq. Məqsəd – həmin ərazidə xaotik hərəkətin və sıxlığın aradan qaldırılmasıdır.

 

Bütün xəbərlər