Qubada suya olan tələbatın ödənilməsinə pul ayrıldı – Sərəncam

14:58 - 2.04.2020


2 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Quba rayonunun su tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında  Sərəncam imzalayıb.

Sərəncama əsasən, Quba rayonunun əhalisi 33190 nəfər olan 9 yaşayış məntəqəsində  əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayrıldı.

 

Bütün xəbərlər