İlham Əliyev, Xaçmaz rayonunun avtomobil yolunun tikintisi üçün 10,1 milyon manat ayırıb

10:48 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonunda yol tikintisi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamına əsasən, Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2018-ci il dövlət büdcəsindən 10,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə həmin sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

 

 

Bütün xəbərlər