İcbari tibbi sığorta haqları hesabatlarının təqdim olunması müddəti uzadılıb - Yeni əmr

15:42 - 2.04.2020


2 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gündən etibarən Azərbaycanda vahid bəyannamənin təqdim edilməsinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu məqsədlə Vergilər Nazirliyinin müvafiq  əmri ilə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanunu ilə muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan şəxslər üzrə icbari tibbi sığorta haqlarının hesablanılması və hesabatların təqdim olunması müddəti 01.04.2021-ci il tarixinədək uzadılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər