Çin Azərbaycana koronavirus test dəsti hədiyyə etdi - 5000 ədəd

16:42 - 2.04.2020


2 aprel, Fineko/abc.az.  Aprelin 2-də Xarici İşlər Nazirliyində Azərbaycanın yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə mübarizəsinə dəstək olaraq Çin Xalq Respublikası (ÇXR) tərəfindən yardımın təqdim edilməsi mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, mərasimdə Çinin Azərbaycandakı səfiri xanım Qo Min  yeni koronavirus sətəlcəm epidemiyasının qəfil başlaması fonunda heç bir çətinlikdən və təhlükədən qorxmayan Çin hökuməti və xalqının böyük fədakarlıqla ölkədə pandemiyanın qarşısının alınması tədbirlərindən bəhs edib. Daha sonra  Səhiyyə nazirinin müavini Viktor Qasımov hazırda bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığını qeyd edərək, bu xüsusda infeksiyanın Azərbaycandan da yan keçmədiyini təəssüflə bildirib. Sonda Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min tərəfindən “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin təqdim edilməsinə dair Təhvil-Təslim Aktları” imzalanıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər