330x110
 

Milli Məclis islahatlara başlayır - Spiker Sərəncam verdi

02.04.2020,17:15


2 aprel, Fineko/abc.az. Parlamentin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var.

ABC.AZ xəbər verir ki, bu fikirlər Milli Məclisin Mətbuat Xidmətinin parlament Aparatında və İşlər İdarəsində struktur islahatları aparılması barədə açıqlamasında qeyd olunub. Açıqlamada bildirilib ki, Parlamentin Sədri Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında Sərəncam qəbul edib.

Müəllif: Elmir Murad