Azərbaycanda ən çox tələbəsi olan universitetlər - Siyahı

17:38 - 2.04.2020


2 aprel, Fineko/abc.az. 2019-2020-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbilərin sayı 90-ya yaxın ölkədən 6600 nəfərdən çox olub və əvvəlki illə müqayisədə 21% artıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Hesabatda qeyd edilib ki, əcnəbi tələbələr ən çox Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Slavyan Universitetində təhsil alıb.

Qeyd edək ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin və Nigeriyadan gələn tələbələr üstünlük təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər