Küçəyə çıxarkən yalnız bu hallarda SMS-ə ehtiyac olmayacaq - Açıqlama

22:15 - 2.04.2020


2 aprel, Fineko/abc.az.  Vətəndaşın həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yaranarsa, yaşayış yerini tərk etmək üçün SMS xidmətindən istifadə etməyə bilər.

ABC.AZ xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə AZTV-yə vətəndaşların hansı halda SMS göndərmədən yaşayış yerini tərk edə biləcəyi məsələsinə aydınlıq gətirərkən deyib.

Nazir müavini   qeyd edib ki, bununla yanaşı  məhkəmə və ya hüquq-mühafizə orqanları çağırdıqda vətəndaşlar SMS xidmətindən istifadə etməyəcək.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər