Keçən günkü rekord artımdan sonra neft qiymətləri azalır

10:46 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Neftin etalon markaların qiyməti cümə günü hərracların gedişində ötən gün qeyd olunan, tarixdə ən yüksək artımdan sonra ucuzlaşır.

Səudiyyə Ərəbistanının yeni sazişin müzakirəsi üçün OPEC+ ilə təcili görüş təşkil etmək istədiyi barədə xəbərlər, neft qiymətlərinin artmasına dəstək verdi.

Aprelin 2-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in iyun fyuçersi $5,20 (21,02%) artaraq bir barelə $29,94 təşkil etmişdir.

İyun fyuçersi saat 10:00-da $1,39 (4,64%) enərək bir barelə $28,55 təşkil etmişdir.

Aprelin 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin may fyuçersi $5,01 (24,67%) artaraq bir barelə $25,32 təşkil etmişdir.

May ayı üzrə fyuçers qiyməti saat 10:00-da $1,20 (4,74%) azalaraq bir barelə $24,12 təşkil etmişdir.

 

Bütün xəbərlər