Subsidiya alan fermerlerə şad xəbər!

10:48 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Kapital Bank və Azərpoçt, koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə adıçəkilən qurumlar korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, həmçinin fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

 “Subsidiya 2020” layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agetliyi təşəbbüsü və Kapital Bank-ın dəstəyi ilə fermerlerə ödənilən subsidiyalar nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödənilir. İnsanarın qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün bu kartlar Azərpoçt filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılacaq. Artıq fermerlər kartları əldə etmək üçün Kapital Bank filiallarına gəlməli olmayacaqlar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bütün xəbərlər