Taxıl istehsalında böyük həcmdə artım var - Beynəlxalq Təşkilat Azərbaycandakı vəziyyəti analiz edib

11:04 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Kənd təsərrüfatı sahəsində artım tempi 2018-ci ilin 4.6 faizindən 7.3 faizədək yüksəlib.

ABC.AZ xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının Azərbaycanla bağlı hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, bunun başlıca səbəbi, əsasən dənli bitkilər və pambıq olmaqla, taxıl istehsalında 11.7 faizlik artımın yaranmasıdır. Buradakı artıma əlverişli şəraitin yaranması, həmçinin kənd təsərrüfatı sahəsində istehsalat vasitələri, xammal üzrə vergi və rüsumlardan azadolmalar rejiminin davam etdirilməsi də töhfəsini verib.

Fərdi istehlak muzdla işləyənlərin əmək haqlarının, təqaüdçülərin pensiya və müavinətlərinin yüksəlməsi səbəbindən artan gəlirlər, habelə dövlət sektorunda işləyənlərin maaşlarının artımı fonunda dövlət sektorunda mal və xidmətlərin istehlakına verilmiş təkan hesabına genişlənib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər