Asiya İnkişaf Bankı Azərbaycanla bağlı hesabat yaydı

11:13 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Neft sənayesinə dövlət investisiya qoyuluşlarının azalması zəminində əsas kapitala məcmu qoyuluşların həcmi 2.3 faiz geriləyib.

ABC.AZ Asiya İnkişaf Bankının Azərbaycanla bağlı hesabatına istinadən xəbər verir ki, qida məhsullarına qiymətlərin 3.8 faiz, digər mallara qiymətlərin 1.2 faiz, xidmətlərin qiymətlərinin isə 2.0% (Şəkil 3.2.2) yüksəlməsi fonunda orta illik inflyasiya dərəcəsi 2018- ci ilin 2.3 faizindən 2.6 faizədək artıb.

Qida məhsullarına qiymətlərin inflyasiyasını məhdudlaşdırmaq məqsədilə ölkə rəhbərliyinin təşəbbüsü ilə fermer təsərrüfatları tərəfindən istehsal etdikləri məhsulları birbaşa əhaliyə satışının təşkil edilməsi yönümündə açıq kənd təsərrüfatı yarmarka və bazarlarının yaradılması praktikası davam etdirilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər