Xalq Sığorta böyük zərərdə - 17 milyon manatdan çox

11:23 - 3.04.2020


3 aprel, Fineko/abc.az. "Xalq Sığorta" ASC 2019-cu ili 17 milyon 656 min manat xalis zərərlə başa vurub.

ABC.AZ şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il "Xalq Sığorta"nın cəmi gəlirləri 12  milyon 435 min manat, cəmi xərcləri isə 30 milyon 91 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən şirkət zərər ilə üzləşib. Müqayisə üçün qeyd edək ki, "Xalq Sığorta"2018-ci ili 2 milyon 250 min manat xalis mənfəətlə bağlamışdı.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər