Bu sığorta şirkəti topladığı haqları ehtiyata buraxdı, zərər etdi - Hesabat

11:29 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Xalq Sığorta" maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ sözügedən göstəricilərə istinadən xəbər verir ki, şirkətin ötən il topladığı 28 milyon 355 min manat sığorta haqlarının 18 milyon 166 min manatını ehtiyata yönəltməsi "Xalq Sığorta"-nın cəmi gəlirlərinin düşməsinə və şirkətin zərər etməsinə səsəb olub.

Müqayisə üçün qeyd edək ki, “Xalq Sığorta” 2018-ci ildə 14 milyon 491 min manat sığorta haqları toplamış, 3 milyon 811 min manat sığorta ödənişləri həyata keçirmişdi. 2019-cu ildə bu rəqəmlər müvafiq olaraq 28 milyon 355 min manat və 15 milyon 919 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər