330x110
 

Azərbaycana gətirilən hibrid avtomobillərin sayı açıqlanıb - 2 ayda

03.04.2020,12:36


3 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycana gətirilən elektriklə işləyən avtomobillərin sayı açıqlanıb. 

ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsindən  bildirilib ki, sözügedən dövrdə ölkəyə 1282 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.

Onlardan 1273-ü daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən, 9-u isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Müəllif: Elmir Murad