Xalq Həyat da zərər edib - Hesabat

12:37 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Yeni fəaliyyətə başlamış "Xalq Həyat" ASC 2019-cu ilin maliyə göstəricilərini açıqlayıb.

ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrü şirkət 1 milyon 109 min manat zərərlə başa vurub. Belə ki, ötən il “Xalq Həyat”ın cəmi gəlirləri 936 min manat, cəmi xərcləri isə 2 milyon manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən şirkət zərər edib.

Sığorta haqlarına gəlincə "Xalq Həyat" öt il 936 min manat sığorta haqları toplayıb, sığorta ödənişləri isə etməyib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər