Nağdsız ödənişlərdən qazan və koronavirusla mübarizəyə dəstək ol!

12:46 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı COVID-19 pandemiyası ilə bağlı elan edilmiş karantin dövründə nağdsız ödənişlərə, alış-verişlərin evdən çıxmadan onlayn qaydada aparılmasına marağın artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirir. Bank bu məqsədlə özünün yeni “Qayğı” proqramını təqdim edib. 

Proqram çərçivəsində aprelin 4-dən ayın sonuna kimi bankın əməkhaqqı və pensiya kartları ilə onlayn qaydada və ya POS terminallar vasitəsilə aparılan hər ödənişə görə müştərilər 2% kəşbək qazanacaqlar. Qazanılmış kəşbəkin 1%-i müştərinin kart hesabına qayıdacaq. Qalan 1% isə ianə şəklində Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüləcək. Bu barədə daha ətraflı buradan öyrənmək olar. 

Azərbaycan Beynəlxalq Bankı karantin rejiminin tələblərini nəzərə alaraq müştərilərə evdən çıxmadan market və apteklərdən sifarişlərini kartla onlayn qaydada həyata keçirməyi tövsiyə edir. Nağdsız ödənişlər dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmaq baxımından da əhəmiyyətlidir.  

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

 

Bütün xəbərlər