"ASAN xidmət" mərkəzlərinə 19 milyonuncu müraciət qeydə alınıb

08.01.2018,11:36


Rzayevlər ailəsinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 19 milyonuncu müraciət kimi qeydə alınıb.

Ailə 2 yaşlı övladı Amir Rza üçün Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Balaca Amirə ümumvətəndaş pasportu təqdim olunub və “ASAN xidmət” tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

 

Açar sözlər: ASAN