Qiymətli kağızlar əməliyyatında azalma var - 2 ayın nəticəsi

15:09 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) 2020-ci ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2,076,041,404 manat təşkil edib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, 2019-cu ilin analoji dövrü üzrə əməliyyatların həcmi 3,854,512,648 olmuşdu. Nəticə olaraq, 2020-ci ilin yanvar-mart ayları üzrə dövlət qiymətli kağızların (Mərkəzi Bank və Maliyyə Nazirliyi) ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə oluunur. Buna baxmayaraq, ümumi təkrar bazar üzrə ticarət həcmində 375%, repo əməliyyatları üzrə isə 318% böyümə qeydə alınıb.

2020-ci ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 2,445,181,863.31 manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər