330x110
 

Bakıda daha bir piyada keçidi açılıb - Prezident mərasimdə iştirak edib

03.04.2020,16:40


3 aprel, Fineko/abc.az. Bu gün Prezident İlham Əliyevin iştirakı ilə Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilmiş yerüstü piyada keçidinin açılışı olub.

ABC.AZ xəbər verir ki, açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət başçısının tapşırıq və göstərişləri, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi  xüsusi əhəmiyyəti ilə seçilir.

Onun sözlərinə görə, görülən işlər ümumilikdə paytaxtın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir: "Bu istiqamətdə icra olunan kompleks tədbirlərin bir hissəsi kimi Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin də mühüm əhəmiyyəti var. Yerüstü piyada keçidinin burada inşası piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, ərazidə yarana biləcək tıxacların qarşısını da alacaq və nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunacaq. Keçidin inşasına 2018-ci ildə başlanılıb. Keçidin uzunluğu 130, eni isə 3 metrdir”.