Azərbaycana ən çox bu ölkələrdən gəliblər - Siyahı

17:00 - 3.04.2020


3 aprel, Fineko/abc.az. 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ABC.AZ Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, gələnlərin  28,7 faizi Rusiya Federasiyası, 28,7 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 6,2 faizi İran, hər birindən 2,6 faiz olmaqla Səudiyyə Ərəbistanı və Hindistan, hər birindən 1,8 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, 1,6 faizi Küveyt, 1,5 faizi Pakistan, 1,4 faizi Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Türkmənistan və İraq, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla İsrail və Özbəkistan, 7,1 faizi digər ölkələrin vətəndaşları,  0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72,3 faizini kişilər, 27,7 faizini isə qadınlar təşkil edib.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 faiz artaraq 12,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 21,2 faiz artaraq 147,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 17,4 faiz artaraq 62,2 min nəfər olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər