Koronovirusa görə Azərbaycanda 10 nəfər həbs edilib - Qaydaları pozublar

17:05 - 3.04.2020


3 aprel, Fineko/abc.az. Gün ərzində 1 320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

ABC.AZ-ın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub.

Həmçinin 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1 476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər