Bu ilin birinci rübündə vergi daxilolmaları artıb - Hesabat

17:40 - 3.04.2020


3 aprel, Fineko/abc.az. 2020-ci ilin birinci rübündə dövlət  büdcəsinin mədaxili 7810,9 mln. manat,  xərcləri 5254,8 mln. manat olmuş, 2556,1 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

ABC.AZ xəbər verir ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7810,9 mln. manat və ya rüblük proqnoza qarşı 2063,2 mln. manat, 35,9 % çox icra olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2039,9 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 221,2 mln. manat və ya 12,2 % çoxdur. Həmin vəsaitin 68,5 % və yaxud 1396,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 244,5 mln. manat və ya 21,2 % çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər