Azərbaycanda 4 kiçik dövlət müəssisəsi özəlləşdirməyə çıxarılıb

12:02 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi  dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.

Dövlət komitəsinin məlumatında deyildiyi kimi, növbəti hərrac fevralın 23-də keçriləcək.

Hərraca 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış sahə, 4 kiçik dövlət müəssisəsi təqdim ediləcək. Obyektlərlə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar: http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=328

 

Bütün xəbərlər