Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 484 oldu- Rəsmi

15:19 - 4.04.2020


4 aprel, Fineko/abc.az. Azərbaycanda 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Bütün xəbərlər