Energetika nazirliyindən neftlə bağlı açıqlama - Ölkəmiz beynəlxalq müzakirəyə qatılacaq

20:02 - 4.04.2020


4 aprel, Fineko/abc.az.  Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşündə iştirak edib, müzakirələrə qatılacaq.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, qurumun yaydığı məlumatda qeyd ounub ki,  dünya neft bazarı hazırda iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib: "Belə ki, neftə qlobal tələbin azalması, təxminən, gündəlik 10-15 milyon barrel civarında qiymətləndirilir. Ay ərzində gündəlik tələbatın 20 milyon barrelədək azalacağı, tədarük profisti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə “OPEC plus” formatında müzakirələrin bərpası və tənzimləmə mexanizminə qayıtma qlobal neft bazarı üçün mühüm əhəmiyyət daşıyır. Hesab edirik ki, neft istehsalçılarının həmrəyliyi, əməkdaşlığı neft bazarının iqtisadi amillərlə dəstəklənmədiyi situasiyada yeganə həll yoludur". 

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər