Bu şəxslərə 190 manat veriləcək - Rəsmi

21:08 - 4.04.2020


4 aprel, Fineko/abc.az.  Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə veriləcək.

ABC.AZ xəbər verir ki, bu Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbilər Planında öz əksini tapıb.

Məlumata görə, Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına ödəniləcək məbləğ 200 min vətəndaşı əhatə edəcək. Qeyd edək ki, bu, iki ay nəzərdə tutulub.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər