330x110
 

İşıq limiti artırıldı - May ayında da güzəşt olacaq

05.04.2020,12:02


5 aprel, Fineko/abc.az. Əhaliyə şamil olunan güzəştli işıq limiti daha bir müddət artırılıb.

ABC.AZ xəbər verir ki, bu, Azərbaycan hökumətinin  koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb. Belə ki, əhliyə güzəştli işıq limiti 100 kvts. həcmində olmaqla aprellə yanaşı mayda da həyata keçiriləcək.  

Qeyd edək ki, nunun üçün 10 milyon manat ayrılıb. İşin icrası İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.

 

Müəllif: Elmir Murad