330x110
 

Azərbaycanda yeni özəlləşdirmə proqramı hazırlanacaq - Anonsu verildi

05.04.2020,12:47


5 aprel, Fineko/abc.az. 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək, faiz dərəcəsinin yarısını isə dövlət subsidiyalaşdıracaq.   

    ABC.AZ xəbər verir ki, bunu   İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  bildirib.

 O qeyd edib ki,  aqrar sektorda girovsuz mikrokreditlərin verilməsi üzrə mexanizm yaradılacaq. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların 2020-ci il 10 mart tarixinə 1 milyard manat həcmində mövcud kreditlərinin faiz dərəcəsinin bir il üzrə 10%-i  subsidiyalaşdırılacaq deyən V.Qasımlı qeyd edib ki, güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitlərin həcmi 90 milyon manat  artırılacaq: "Dövlət əmlakını və dövlət torpağını icarəyə götürmüş ziyan çəkən sahibkarlardan icarə haqqı bu ilin sonunadək hesablanmayacaq.

Qeyri-neft məhsullarının ixracının artırılması üçün malların ixrac qeydi ilə satışı, yerli istehsalı olmayan idxal məhsullarına gömrük rüsumu güzəştlərinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin sürətləndirilməsi nəzərdə tutulur.

Post-pandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri bunlar olacaq: tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi. Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq".

 

 Müəllif: Elmir Murad