Hökumətdən Mərkəzi Banka tapşırıq - Valyuta rejiminin effektivliyi artırılsın

10:29 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Azərbaycanda aprel ayı ərzində karantin rejimi müddətində banklara requlyativ tətillər veriləcək.

ABC.AZ xəbər verir ki, bu Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş və koronavirusdan zərər çəkmiş sahibkarlıq subyektlərinə və əhaliyə dəstəyin göstərilməsinə dair Tədbirlər Planında öz əksini tapıb.

Plana əsasən, Maliyyə və İqtisadiyyat Nazirlikliləri və Mərkəzi Bank aprel ayında yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsini hazırlayacaq.

Qeyd edək ki, Mərkəzi Banka 2020-ci il ərzində monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi, kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsini həyata keçirmək tapşırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər