330x110
 

Azərbaycanın avtomobil bazarının gələcəyi barədə bədbin proqnoz - Çətin olacaq

06.04.2020,11:28


6 aprel, Fineko/abc.az. Azərbaycanda avtomobil satışlarının əvvəlki həcminə qayıtmaq çətin olacaq.

Bunu ABC.AZ-a ekspert Eldəniz Cəfərov  koronovirus böhranı dövründə abtomobil bazarındakı vəziyyəti şərh edərkən deyib.

O qeyd edib ki, ötən ildən azalmağa doğru gedən avtomobil bazarı 2020-ci ildə koronavirus panikasına görə bir qədər də azalacaq. E.Cəfərovun sözlərinə görə, avtomobil bazarında hal-hazırda durğunluqdur. Ekspert hesab edir ki, qiymət baxımından artım və ya azalma da müşahidə olunmur: "Qiymətlər stabildir. Satış fəallığı yoxdur.

İstehlakçılar üçün əlverişli kredit şərtləri təklif edən ölkələrdə satışları yenidən bərpa etmək olacaq. Lakin Azərbaycanda avtomobil satışlarının əvvəlki həcminə qayıtmaq çətin olacaq. Çünki mövcüd maliyyə-kredit şərtləri, rüsumların yüksək olması  çevik marketinq həyata keçirməyə imkan vermir. Karantin vəziyyəti elan olunandan avtomobil salonları fəaliyyətini dayandırmağa məcbur olublar. Satışları əvvəlki qaydada  bərpa etmək üçün rəsmi dilerlər bir müddət ziyanla işləyəcəklər. Burada dövlət dəstəyinə ehtiyac var. Düşünürəm ki, hökumət bu şirkətlərə müyyən güzəştlər tətbiq etməlidir".

Müəllif: Elmir Murad