AMB depozit hərracında 200 milyon manat cəlb edib

12:17 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 200 mln. manat cəlb edib.

“AMB aprelin 6-da növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 258,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

Bütün xəbərlər