İşləmirlərsə bu insanlar krediti necə qaytaracaq? - Millət vəkili

14:22 - 6.04.2020


6 aprel, Fineko/abc.az. İndiki vəziyyətdə kreditlə bağlı çətin vəziyyətə düşən insanların məsələsi mütləq həll edilməlidir.

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Əli Məsimli İctimai TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, banklar yüksək faizlərlə kifayət qədər pul qazanıb: "Belə bir şəraitdə hesab edirəm ki, 3 ay elə də böyük vaxt deyil. Aprel, may, iyun aylarında həmin tətillərin verilməsi vacibdir. İnsanlar kredit alıb, ancaq nə qədər məhdudlaşdırıcı tədbirlər var. İşləmirlər, gəlir yoxdur. Bəs bu insanlar həmin krediti necə qaytaracaq?”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər