Kreditlərlə bağlı yeni proqram - Detallar açıqlanıb

14:48 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Kreditlərlə bağlı 3 proqram təklif olunub.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İctimai TV-yə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, birinci proqram götürülmüş kreditlərə şamil olunacaq. Onun sözlərinə görə, burada 1 milyard manatlıq əlavə olaraq portfeldən söhbət gedir. S. Məmmədov digər proqramların detallarını da açıqlayıb: "10 mart tarixinə kimi götürülmüş kreditlərə münasibətdə 10 faizlik subsidiya nəzərdə tutulub. Bu dəstək çox böyük maliyyə tutumuna sahibdir. İkinci proqram gələcəkdə, yəni, post-pandemiya dövründə götürüləcək kreditlər üçün nəzərdə tutulub və 500 milyon manatlıq portfeldir. Əsas şərt ondan ibarətdir ki, kreditlər maksimal 15% illik dərəcəsi ilə 3 il müddətinə götürülsün. Burada dövlət götürülmüş kreditin girov təminatı üçün 60%-lik bir güzəşt verəcək. Digər bir güzəşt isə həmin 15%-in 50%-ni də dövlətin öz üzərinə götürməsidir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər